Azərbaycanda daha 386 nəfər koronavirusa yoluxub


17:08     25 İyul 2021 2021/07/3a1fd88b-7e85-3a50-b853-5d73168b0386_850-(1)_1627218561.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, son sutka koronavirusdan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat edib. Aktiv xəstələrin sayı 3 381 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 684, bu günə qədər isə ümumilikdə 3 975 081 test icra olunub.

Açar sözlər:

Oxunub: 747