Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Rusiyadan ekstradisiya olunub
19:27 25 İyul 2021
Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Rəsulov Dilafir Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.
Bu barədə Femida.az-a Baş Prokurorluqdan məlumat verilib.
Dilafir Rəsulovun “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. 25 iyul 2021-ci il tarixdə Dilafir Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
Oxunub: 782
Oxşar xəbərlər
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub
- Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
- Vətəndaşlara 40 min manatadək ziyan vuran dəstə üzvləri saxlanılıb
- Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir
- Vətəndaşlara 60 min manatdan çox dələduzluq edən şəxsin məhkəməsi başlayır
- Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət
- Vətəndaşlara rəsmi çağırış: İrana getməyin!
- Vətəndaşlara sosial müavinət düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
- Vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib