İrəvan təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq - Ömər Çelik
20:14 25 İyul 2021
Türkiyənin hakim partiyası Ermənistanı ölkəni bölgədə təxribata təşviq edən dairələrə tabe olmamağa çağırıb.
Femida.az-ın məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik özünün "Twitter" səhifəsində bildirib ki, Yerevanın təcavüzkar siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək: "Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki hadisələrə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır".
AKP-nin mətbuat katibi bir gün öncə iki ölkənin sərhədində Ermənistan Silahlı Qüvvələrinin 1 Azərbaycan əsgərinin ölümünə səbəb olan hərəkətlərini kəskin şəkildə qınayıb:
"Yerevanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti Yerevanı bu cür hərəkətlərə vadar edən qüvvələr də daşıyır. Müvafiq cavab verildikdə bu qüvvələr qətiyyən Ermənistanı dəstəkləməyəcəklər. Ermənistanın vəziyyəti daha da pisləşəcək".
Ö.Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb: "Ermənistan təcavüzkar davranışlarından imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. Yerevan bu tarixi şansı itirməməli, Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlər gözləyir. Ermənistan regional sülhü təhdid edə bilməz. Buna imkan verilməyəcək".
Oxunub: 443
Oxşar xəbərlər
- İrəvanda etirazçılarla polis arasında toqquşma olub
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd ediləcək
- İrəvanda mitinq keçirilib, saxlanılanlar var
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- İrəvanda Köçəryanın Paşinyan əleyhinə mitinqi başlayıb
- İrəvanda kütləvi zəhərlənmə olub
- İrəvanda "çəngəlli terror" əməliyyatı
- İrəvanda yeni həbslər dalğası: Tonoyan saxlanıldı
- İrəvanda polis etirazçılara zor tətbiq edib - VİDEO