Bu gün magistraturaya qeydiyyat başa çatır


10:58     26 İyul 2021 21_07_26_1627281694.jpg

İyulun 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi başa çatır.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, proses bu gün saat 23:59-dək davam edəcək.
Azərbaycanla Slovakiya arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakalavrlar https://portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Açar sözlər:

Oxunub: 197