Gürcüstanda son sutkada koronavirusdan 26 nəfər ölüb


11:28     26 İyul 2021 21_07_26_1627282344.jpg

Gürcüstanda son sutkada koronavirusa 1 264 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 404 023-ə, vəfat edənlərin sayı isə 5 714-ə çatıb.

Ötən 24 saat ərzində 1 665, ümumilikdə isə 374 753 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 777