Azərbaycan və Ermənistan təmsilçiləri eyni oyuna təyinat aldı


12:11     26 İyul 2021 2021/07/92ad1dfd-3fd7-33ab-915d-4a7f605a1be0_850_1627287113.jpg

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

O, Belarusun "Torpedo-BelAz" və Danimarkanın "Kopenhagen" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Açar sözlər:

Oxunub: 912