ABŞ-damüalicəsi olmayan göbələk infeksiyası yayılıb


12:58     26 İyul 2021 2021/07/hekim-1627289018_1627290142.jpg

ABŞ-ın Texas ştatında və Vaşinqtonda bir neçə xəstəxanada “Candida Auris” göbələk infeksiyası aşkarlayıblar. Həkimlər bu infeksiyanın sağalmaz olduğunu bildirirlər.

Femida.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Candida Auris, mövcud olan bütün dərmanlara müqavimət göstərir. Pandemiya zamanı isə daha da təhlükəli hala gəldi. İnfeksiyaya yoluxan xəstələrin təxminən üçdə biri 30 gün ərzində ölüb. Bununla belə, həmin şəxslərin digər xəstəlikləri də olduğu üçün onların ölümlərinə göbələk infeksiyasının əsas səbəb olduğunu dəqiq demək çətindir.

Həkimlər Candida Auris xəstələrinin müalicə edilməsinin çətin olduğunu deyirlər. Mütəxəssislər isə COVID-19-un göbələk infeksiyasının yayılmasını sürətləndirdiyini düşünürlər.

Patogen ilk dəfə 2009-cu ildə Yaponiyada aşkar edilib.



Femida.az

Açar sözlər: #ABŞ   #Xəstəlik    

Oxunub: 573