Azərbaycanda 13 yaşlı oğlan yoxa çıxdı - FOTO


18:22     26 İyul 2021 2021/07/60fec1478728e60fec1478728f162730835960fec1478728c60fec1478728d_1627309396.jpeg

Mingəçevirdə uşaq itkin düşüb.


Femida.az-ın APA-ya istinadən məlumatına görə, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.

Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib.

Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.

Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 457