ABŞ-da atəş açan şəxsi kərpiclə öldürdülər


11:00     27 İyul 2021 2021/07/01cb24d_1627372919.jpg

ABŞ-da ziyafət iştirakçıları kütləyə atəş açan silahlı bir nəfəri kərpiclə döyərək öldürüblər.

Femida.az xəbər verir ki, hadisə bazar ertəsi Texasın Fort Uert şəhərində baş verib. Polisin verdiyi məlumata görə, ziyafətdə dava düşüb, iştirakçılardan biri atəş açaraq bir nəfəri yaralayıb. Qonaqlar atəş açan şəxsi zərərsizləşdirməyə çalışıblar.

NBC- Televiziya kanalı bildirir ki , təqib zamanı silahlı şəxs arxasınca qaçan insanlara atəş etməyə başlayıb. Hadisə zamanı iki nəfər yaralandıb. Onlardan biri yerindəcə həyatını itirib. Ziyafət iştirakçıları silahlını zərərsizləşdirmək üçün ona kərpic atmağa başlayıblar. Silahlı şəxs aldığı zərbələrin nəticəsində həyatını itirib.

Daha sonra yüngül xəsarət alan üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Polis hadisənin səbəbini araşdırır.


Günel Fərhadlı

Femida.az

Açar sözlər: #ABŞ    

Oxunub: 313