Çində güclü leysan-73 ölüm


11:01     28 İyul 2021 2021/07/822_1627458471.jpg

Çinin Henan əyalətində leysan yağışları və daşqınları nəticəsində ölənlərin sayı 73-ə çatıb. Fəlakət bölgəsində 13 milyondan çox insanın olduğu bildirilib.

Məlumata görə, 1,47 milyondan çox insan bölgədən təcili olaraq təxliyyə edilib.


1,02 milyon hektar əkin sahəsi güclü yağışın təsirinə məruz qalıb. 17 mindən çox müxtəlif bina dağılıb. İqtisadi ziyan artıq 88,53 milyard yuan (13,6 milyard dollar) təşkil edir.

Fəlakətdən ən çox Çjençjou şəhəri əziyyət çəkib. Şəhərin bəzi hava stansiyalarında yağıntı ilə bağlı rekord göstəricilər qeydlə alınıb.

Hökumət, təbii fəlakətin vurduğu ziyanı hesablamağa davam edir.

Günel Fərhadlı

Femida.az

Açar sözlər: #Çin   #Leysan    

Oxunub: 521