Rusiya kartof idxalı ilə bağlı Azərbaycana xəbərdarlıq edib


18:58     28 İyul 2021 21_07_28_1627482483.jpg

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan idxal olunan kartofda virus aşkar edərsə məhsulun idxalına müvəqqəti qadağa qoya bilər.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, "Rosselxoznadzor" Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə kartoflarda aşkar edilə biləcək virus barədə xəbərdarlıq edib. Bu məsələ iki qurum arasında keçirilmiş videokonfrans formatında görüşdə müzakirə olunub.

Rusiya tərəfi Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən idxal olunan kartoflarda qəhvəyi bakterial çürüklər olması barədə məlumat verib və Azərbaycan tərəfindən bununla bağlı araşdırma aparmağı, ixraca yönəldilən nəzarəti gücləndirməyi xahiş edib.

Açar sözlər:

Oxunub: 990