Ağsuda "Ramka" ləqəbli "patı" istifadəçisi saxlanılıb


10:59     29 İyul 2021 21_07_29_1627539441.jpg

Ağsu rayonunda "patı" istifadəçisi saxlanılıb.

Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş "Ramka" ləqəbi ilə tanınan Ziyadxanlı Raman Xəndan oğlu saxlanılıb.

O, Ağsu RPŞ-ə gətirilib və üzərinə keçrilən baxış zamanı əynində olan cins şalvarın cibindən siqaret kağızına bükülmüş təmiz çəkisi 1,7 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı R.Ziyadxanlı əməlini səmimi etiraf edərək bu işdən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 885