Naxçıvan Qarnizonu Qoşunlarında toplantılar keçirilib - VİDEO
19:13 29 İyul 2021
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım komandirləri, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
Zabitlər müxtəlif ixtisaslar, o cümlədən taktiki-xüsusi və rabitə hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə iştirak ediblər.
Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib. Sonda zabitlərin keçirilən dərslər üzrə nəzəri bilikləri və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
Toplantıların yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və yeni tədris dövrünə hazırlıq üzrə göstərişlər verilib.
Femida.az
Oxunub: 348
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
- Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb