Prezidentin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək
11:41 30 İyul 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.
Bunu Femida.az -a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.
Femida.az
Oxunub: 1198
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib