Qubada oğurluq edən şəxs saxlanılıb


12:43     30 İyul 2021 21_07_30_1627634648.jpg

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şabran rayonunun Gəndab kənd sakini Kamran Nurəliyev olduğuna əsaslı şübhələr yaranıb. Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək Timiryazev qəsəbəsindəki evlərin birindən 460 manat pul vəsaitini oğurlaması məlum olub.

Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1332