Saatlı sakinində "patı" aşkarlanıb


20:13     30 İyul 2021 2021/07/bcc9b0ed-5fff-3e88-8fc4-bb1d03b6b814_850_1627661625.jpeg

Saatlı sakinində "patı" aşkarlanıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 34 yaşlı Rəşad Rzayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 895