Şirvanda “patı” satan qadın və daha 4 nəfər tutulub
09:19 31 İyul 2021
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Araşdırmalarla onların Şirvan şəhər sakinləri Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 846
Oxşar xəbərlər
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
- Şirvanda bacısını öldürən 54 yaşlı kişinin cinayət işi məhkəməyə göndərilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb
- Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq
- Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb