Polis əməliyyat keçirib, 40 yaşlı qadın narkotiklə tutulub
10:46 31 İyul 2021
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 40 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı S.Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə "patı" adlanan narkotik maddə - metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 904
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
- Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb
- Polis bu qızı axtarır - Foto
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib
- Polis əməliyyat keçirib, “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
- Polis əməliyyat keçirib, 76 kq narkotik dövriyyədən çıxarılıb