Polşa kanalının Qarabağ reportajı erməniləri məyus etdi


14:43     31 İyul 2021 2021/07/uyyuy-1627724827_1627728259.jpg

Polşanın ictimai kanalı olan "TVP"-də Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Azərbaycan üçün yaranmış çətinliklər haqqında reportaj yayımlanıb.

Azvision.az xəbər verir ki, "Sülhə gedən çətin yol" adlı verilişdə qeyd edilir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi təxminən bir il əvvəl başa çatsa da, hələ də Azərbaycanın geri qaytardığı ərazilərdə normal həyat bərpa olunmayıb. Region isə dünya gücləri arasında rəqabət meydanına çevrilib.

Polşa telekanalının bir sıra həqiqətləri dilə gətirməsi Ermənistan cəmiyyətində qıcıq oyadıb. Ziyalılar, siyasət adamları "TVP" kanalının İrəvanın maraqlarına zidd davranışından təəccübləndiklərini bildirirlər.

Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan yerli mediaya verdiyi açıqlamada reportajın onların əleyhinə olmasından təəssüfləndiyini dilə gətirib.



"Polşa İctimai Televiziyası əsas xəbər proqramı zamanı Ermənistan əleyhinə xüsusi bir reportaj yayımladı. Bir neçə il əvvəl bu telekompaniya Ermənistanın İctimai Televiziyası ilə əməkdaşlıq memorandumu imzalamışdı və bunun nəticəsində Qarabağ problemindən bəhs edən filmlər çəkildi. Əvvəllər biz bu hal ilə qürur duyurduq. Azərbaycanlılar isə etiraz əlaməti kimi səs-küy salırdılar. İndi hər şey tam əksinədir...

Nəinki ölkə, hətta diplomatiyamız belə məhv edilməsəydi, indiki hadisələr baş verməzdi. Sözdə "diplomat" olanlar erməni xalqının ən böyük düşməni və xaininə yorulmadan xidmət aparmaq üçün susmaqda davam edirlər ",-Kazaryan gileylənib.

Açar sözlər:

Oxunub: 1155