FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib
16:37 31 İyul 2021
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində (DYNX) əməliyyat müşavirəsi keçirilib. Xidmət rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində DYNX aparatının şöbə rəisləri və ərazi Dövlət Yanğın Nəzarəti idarələrinin rəisləri iştirak edib.
Bu barədə Femida.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə son günlər ərzində qardaş Türkiyə Respublikasının bəzi bölgələrində tüğyan edən və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd edilib.
Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiq edilmiş mövcud tədbirlər planı haqqında danışaraq, aidiyyəti dövlət orqanları ilə birgə yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.
Oxunub: 1278
Oxşar xəbərlər
- FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq
- FHN-dən yataqxanadakı yanğınla bağlı açıqlama
- FHN-dən azad edilmiş ərazilərdəki yanğın təhlükəsi ilə bağlı müraciət - VİDEO
- FHN-dən real əməliyyat görüntüləri - VİDEO
- FHN-dən avtomobil sahiblərinə müraciət
- FHN-dən Daşkəsəndəki yanğınla bağlı açıqlama
- FHN-də kadr dəyişikliyi aparılıb
- FHN-də 20 yanvar şəhidlərinin xatirəsi anılıb
- FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
- FHN-də BMT nümayəndə heyəti ilə görüş keçirilib