Suraxanıdakı yanğınla bağlı məlumat yayılıb


09:53     01 Avqust 2021 2021/08/1038704_1627797393.jpg

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılmışdı.


Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindəndən Trend-ə verilən məlumatda bildirilib ki, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş vermiş və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülmüş, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərfindən həyata keçiriləcəkdir.

Açar sözlər:

Oxunub: 466