Bu il neftin qiyməti sabitləşəcək?


16:29     04 Yanvar 2016 neft37.jpg

2016-cı ildə neftin qiymətlərinin sabitləşəcəyi proqnozlaşdırılır. Anadolu Agentliyi xəbər verir ki, bunu “Capital Economics”in beynəlxalq iqtisadçısı Andrew Kenningham neftin qiymətləri ilə bağlı açıqlamasında bildirib.


Hazırda “Brent” markalı neftin bir barrelinin qiymətinin 40 dollardan aşağı satıldığını xatırladan A.Kenningham, bu enişin çox davam etməyəcəyini proqnozlaşdırır.

Güclü beynəlxalq tələblə bərabər neft qiymətlərinin də sabitləşəcəyini vurğulayan A.Kenningham, Çin iqtisadiyyatının inkişaf edəcəyi təqdirdə eyni prosesin qiymətli metal bazarında da müşahidə olunacağını söyləyib.

Açar sözlər:

Oxunub: 971