FHN işçiləri beş nəfəri xilas edib


15:04     02 Avqust 2021 2021/08/16122570376087542863_1000x669_1627902452.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 61 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktları üzrə 3 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib. Həmçinin Biləsuvar rayonunda iki yük avtomobilinin toqquşması nəticəsində sıxılmış vəziyyətdə qalan bir nəfərin meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 401