Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb


16:15     02 Avqust 2021 2021/08/unnamed-(1)_1627906698.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.



Femida.az

Açar sözlər: #COVİD    

Oxunub: 875