Azərbaycanda son sutkada 431 nəfər COVID-19-a yoluxub


16:41     02 Avqust 2021 2021/08/_111397315_gettyimages-1204793213_1627908217.jpg

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib, aktiv xəstə sayı 6 654 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, ötən müddət ərzində isə ümumilikdə 4 049 978 test aparılıb.



Femida.az

Açar sözlər: #COVİD-19    

Oxunub: 422