Ermənistan parlamentinin yeni spikeri seçilib
19:02 02 Avqust 2021
Alen Simonyan Ermənistan parlamentinin spikeri seçilib.
Femida.az ın məlumatına görə, yeni çağırış Ermənistan parlamentinin bu gün keçirilən ilk iclasında spiker postuna üç nəfərin namizədliyi irəli sürülüb.
“Vətəndaş müqaviləsi” fraksiyası Alen Simonyanın, müxalifətdə olan “Ermənistan” fraksiyası Mehri rayonun sabiq başçısı Mxitar Zakaryanın, digər müxalif blok “Mənim şərəfim var” isə Sisyan rayonun keçmiş başçısı Artur Sarkisyanın namizədliyini verib.
Qeyd edək ki, sonuncu iki nəfər hazırda həbsdədir. Onlar dövlət əmlakını talamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
İclasın gedişində müxalifətdən olan deputatlar spikerliyə namizədlərinin çıxış etməsinə şərait yaradılmamasına etiraz olaraq iclas zalını tərk ediblər.
Müxalifətdən olan deputatların iştirakı olmadan davam edən iclasda gizli səsvermə nəticəsində A. Simonyan Ermənistan parlamentinin spikeri seçilib. İclasda iştirak edən 71 deputatın hamısı onun spiker seçilməsinin lehinə səs verib.
Qeyd edək ki, yeni - 8-ci çağırış Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.
Hazırkı parlament 107 deputatdan ibarətdir. Hakim fraksiya - “Vətəndaş müqaviləsi” parlamentdə 71 deputatla təmsil olunur. İyunun 20-də keçirilmiş seçkilərdə ikinci olmuş müxalif “Ermənistan” bloku 29, üçüncü yeri tutmuş müxalif “Mənim şərəfim var” bloku isə 7 mandata malikdir.
Bundan əvvəlki çağırışda Alen Simonyan Ermənistan parlamentinin vitse-spikeri postunu tutub.
Parlamentin sədri isə Ararat Mirzoyan olub.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"