Gecə klubunun icarədarı 4000 manat cərimələnib
09:40 03 Avqust 2021
Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun Femida.az -a verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir.
Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb.
Bildirilib ki,obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.
Femida.az
Oxunub: 387
Oxşar xəbərlər
- Gecəyarı kafeyə gedənlər cərimələndi
- Gecə saatlarından yağan yağış Gəncədə fəsad törədib
- Gecə və səhər yollar buz bağlayacaq - PROQNOZ
- Gecə Kəlbəcərdən çıxan sonuncu ermənilər (VİDEO)
- Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
- Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO
- Gecə ərzində gərgin döyüşlər davam edib
- Gecə bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib - VİDEO
- Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib
- Gecə ərzində düşmənə artilleriya zərbələri endirilib