Erməniyə qalib gələn güləşçimiz bürünc medal qazandı


15:34     03 Avqust 2021 2021/08/14650-1627988610_1627990577.jpg

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.

Femida.az -ın məlumatına görə, yunan-Roma güləşçisi Rafiq Hüseynov 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. 33 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

Femida.az

Açar sözlər: #Tokio    

Oxunub: 701