Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üzrə imtahanlar keçirilir


18:11     03 Avqust 2021 2021/08/3156da85-7ed2-3993-a273-4e3b229e6545_850_1627999903.jpg

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük veriləcək.

İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıb.

İmtahan prosesinin şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.

Qəbul komissiyası tərəfindən keçirilən imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə bütün proseslərə video formatda tam nəzarət olunur və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Təlimata uyğun olaraq namizədlər test suallarından əlavə fiziki hazırlıq, atış və sürücülük bacarıqları üzrə də müəyyən normativləri yerinə yetirirlər.

İmtahan zamanı yaranmış sual və müraciətlər komissiya üzvləri tərəfindən dərhal baxılaraq yerində cavablandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 989