SON DƏQİQƏ: Lənkəranda meşə ərazisi yanır


18:13     03 Avqust 2021 2021/08/61094c22450bd61094c22450be162799926661094c22450ba61094c22450bb_1628000066.jpeg

Lənkəranda meşə zolağında yanğın başlayıb.


Ekologiyavə Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, rayonun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Açar sözlər:

Oxunub: 1242