Meşədə narkotik əkənlər tutuldular


18:33     03 Avqust 2021 2021/08/61092db32b7ea61092db32b7eb162799147461092db32b7e561092db32b7e8_1628001416.jpg

İsmayıllıda narkotik alverçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə “iş başında” yaxalanıb. Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 944