Lənkəranda "patı" satan qadın və daha 5 nəfər saxlanılıb
11:54 04 Avqust 2021
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 6 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ramin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqramdan artıq nakotik vasitə heroin, 109 qram “patı” kimi tanınan psixotrop maddə metafetamin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əzizov saxlanılıb. Onun üzərindən 561 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabarov, Vüsalə İbadova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla E.Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazalardan birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Oxunub: 898
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib