Ağdaşda “patı” əməliyyatı keçirilib, saxlanılan var


12:12     04 Avqust 2021 21_08_04_1628062431.jpg

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər sakini Elvin Həsənovun üzərində psixotrop maddə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin ( “patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elvin Həsənov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunub.

Açar sözlər:

Oxunub: 1066