"Yeganə Əmiraslanova saxlanılmayıb"- Prokurorluqdan təkzib


13:02     04 Avqust 2021 2021/08/5f8bd-1628066553_1628068017.jpg

Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməmiş və axtarışa verilməyib.

Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur.


Femida.az

Açar sözlər: #Prokurorluq    

Oxunub: 373