Türkiyədə yeni komandir təyinatı


17:14     04 Avqust 2021 2021/08/erdoq-1628082267_1628082992.jpg

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Yüksək Hərbi Şuranın qərarlarını təsdiqləyib. Qərarlar barədə Prezidentin sözçüsü İbrahim Kalın məlumat verib.

Femida.az xəbər verir ki, general Musa AvsevərQuru Qoşunları komandiri, general Hasan Küçükakyüz isə Hərbi Hava Qüvvələri komandiri təyin edilib.

Dəniz Qüvvələri komandiri admiral Adnan Özbalın səlahiyyət müddəti isə 1 il uzadılıb.
Bundan başqa, 44 general və admiralın səlahiyyət müddəti 1 il, 320 polkovnikin səlahiyyət müddəti 2 il müddətinə uzadılıb.

Hazırda 240 nəfər olan general və admiralların sayı 30 avqust 2021-ci ildən etibarən 266-ya yüksələcək.

Femida.az

Açar sözlər: #Türkiyə    

Oxunub: 438