Yardımlıda yanğının söndürülməsi işləri davam edir - VİDEO
19:04 04 Avqust 2021
Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Femida.az
Oxunub: 772
Oxşar xəbərlər
- Yardımlıda mağaza sahibi olan qadın balta ilə qətlə yetirilib - RƏSMİ
- Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO
- Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
- Yardımlıda əri tərəfindən döyülən qadın ağır xəsarətlər alıb
- Yardımlıda baş verən yanğın söndürülüb
- Yardımlıda meşə yanır
- Yardımlıda Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib
- Yardımlıda gənc meşədə intihar edib
- Yardımlıda 15 tondan çox narkotik bitki məhv edildi
- Yardımlıda narkobaronu və oğlunu güllələyən şəxs axtarılır