Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
20:26 04 Avqust 2021
Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qarayeri qəsəbəsində və Çobanabdallı kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa, rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb.
Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 40 nəfər restorana buraxılmayıb.
Oxunub: 1293
Oxşar xəbərlər
- Samuxda evdə partlayış olub, xəsarət alanlar var
- Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
- Samuxda yanıq xəsarətləri alan uşaq xəstəxanada dünyasını dəyişib
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Samuxda parkda silah-sursat tapılıb
- Samuxda 25 yaşlı oğlan ölümcül döyülüb, qulağı kəsilib
- Samuxda fermada çoban həmkarını bıçaqlayıb
- Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu
- Samuxda gənc oğlan bıçaqlanıb
- Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələndi