Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndəriləcək


22:15     04 Avqust 2021 cavusoglu4.jpg

“Bu gün Azərbaycanın fövqəladə hallar naziri cənab Kamaləddin Heydərov mənə zəng etdi və Prezident cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyətin göndəriləcəyini bildirdi”.


Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Antaliyadakı yanğınlarla əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

Nazir deyib ki, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycandan sabah bir təyyarə, 10 heyət üzvü, 150 heyət nəfərilə 40 yanğınsöndürən avtomobili ölkəyə gələcək.

Qeyd edək ki, M.Çavuşoğlu bundan əlavə helikopterlərdə yanğınların söndürülməsi üçün istifadə edilən 2 ədəd su tankerinin Azərbaycandan göndərildiyini bildirib.

Açar sözlər:

Oxunub: 397