Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


10:58     05 Avqust 2021 21_08_05_1628144491.jpg

Daşkəsən rayon Astaf kəndində içki məclisində düşən mübahisə zamanı həmyerlisinin başına balta ilə vuraraq ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Femida.az -ın məlumatına görə, Astaf kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayev Eldəniz Həsən oğluna balta ilə xəsarət yetirməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Feyruz Müslüm oğlu Orucov polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, F Orucov hadisə yerindən qaçmışdı. E.Abdullayevin müalicəsi isə Gəncə şəhərində yerləşən xəstəxanaların birində davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1178