Azərbaycan və Türkiyə XİN başçıları yanğını müzakirə etdi


12:39     05 Avqust 2021 2021/08/610b9f1c0e23a610b9f1c0e23b1628151580610b9f1c0e238610b9f1c0e239_1628152790.jpg

Avqustun 5-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, Azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Mevlüt Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 942