Daşkəsəndə mal-qara oğruları saxlanılıb


17:42     05 Avqust 2021 2021/08/dashkesen_050821_1628170992.jpg

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin iyul-avqist ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 3000 manat olan 4 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Həsən Orucov, Daşkəsən rayon sakini Orxan Paşayev və əvvəllər məhkum olunmuş Samux rayon sakini İlkin Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, ilkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Açar sözlər:

Oxunub: 3618