Baş prokuror Kamran Əliyev Naxçıvana işgüzar səfər edib
18:29 05 Avqust 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.
Baş Prokurorluqdan Femida.az-a bildirilib ki, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilib.
Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olmuşlar.
Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.
Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət etmiş qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib
Femida.az
Oxunub: 647
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib