Qarabağda dağıdılan mədəni abidələr müzakirə edilib
19:23 05 Avqust 2021
Bu gün Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.
Nazirlər Kabinetindən Femida.az-a verilən məlumata görə, iclasda “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının müvafiq Konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Komissiyanın iclasında prioritet istiqamətlər üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verilmiş, həmçinin Ermənistan tərəfindən işğal edilmiş və hazırda işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində aparılan işlərin zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırılıb.
İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılıb və iclasın yekunu olaraq Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən və sahə üzrə ekspertlərdən ibarət İşçi Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının hazırlanması istiqamətində tədbirlər görülməsi qərara alınıb.
Oxunub: 400
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək