Laçına 23 km uzunluqda dairəvi yol çəkilir
13:07 06 Avqust 2021
"İşğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə artıq başlanılıb".
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq:
"Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq", - deyə H. Rüstəmov qeyd edib:
"Gələcəkdə bu istiqamətdə yeni layihələrin hazırlanması gözlənilir və bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək".
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Laçınla bağlı ŞAD XƏBƏR: Avqustun 26-da...
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Laçında kombayn aşıb, iki nəfər ölüb
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Laçında avtomobil aşıb, ölən var
- Laçında minaya düşən fəhlə vəfat edib
- Laçında partlayış: Fəhlə minaya düşdü