59 cinayətin üstü “isti izlər”lə açılıb


13:32     06 Avqust 2021 2021/08/1615930692_1f1e6_1f1ff-1_1628242458.png

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 59 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublika avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 442