Livandan İsrail ərazisinə 19 raket atılıb


18:01     06 Avqust 2021 2021/08/ee4805b9-916c-386c-b772-2318d9807927_850_1628258164.jpg

Avqustun 6-da İsrailin şimal hissəsinə Livandan 19 raket atılıb.

Femida.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“19 raket buraxılıb, 3-u Livan ərazisinə düşüb, 10-u tutulub”, - o qeyd edib.

İsrail Müdafiə Nazirliyi bildirib ki, avqustun 6-da nazir Beni Qans vəziyyətlə bağlı müşavirə keçirib.

İsrailin Baş naziri Naftali Bennet isə müdafiə naziri Beni Qans, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Aviv Koxavi və ordunun başqa komandanları ilə birlikdə müşavirə keçirəcək.

Naftali Bennet Baş nazir olandan, iyunun 13-dən sonra İsrail ərazisi 3-cü dəfədir Livandan atəşə tutulur. Bundan əvvəl iyulun 20-si və avqustun 4-də ölkənin şimal əraziləri raketə atəşinə məruz qalıb.

Açar sözlər:

Oxunub: 1026