Narkotik satan keçmiş məhkum tutuldu


15:26     07 Avqust 2021 2021/08/hebs--1616496818_1628335882.jpg

Masallıda narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş rayon sakini Mehti Fərəcov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən hazır bükümlərdə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 1334