İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi


16:05     07 Avqust 2021 2021/08/eli-e-1628336604_1628339652.jpg

Bu gün Prezident tərəfindən Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməyim mənim üçün böyük şərəf oldu.

Femida.az xəbər verir ki, bunu səfir Əli Əlizadə “Facebook”da yazıb.

“Bu etimadı doğrultmaq və dostluq münasibətlərimizin möhkəmlənməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Cənab Prezidentə inam və etimadı üçün çox minnətdaram!”, - diplomat vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ə.Əlizadə ölkəmizin Pakistanda səfiri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər: #Azərbaycan   #İran   #Səfir    

Oxunub: 857