Ötən sutka 79 yanğına çıxış əməliyyatı həyata keçirilib


21:22     07 Avqust 2021 2021/08/16283-1628344062_1628357027.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 79 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 8 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanğınlar görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində biri azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Abşeron rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Xıdırov Aqşin Afər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Açar sözlər:

Oxunub: 400