Mingəçevir su anbarında köməksiz qalanlar xilas edildi


22:31     07 Avqust 2021 2021/08/1596785375374932422_1000x669_1628361123.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.


Nazirliyikdən Femida.az-a verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Açar sözlər:

Oxunub: 1300